Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon Heydər Əliyev mərkəzində "Dəmir Yumruq" sənədli filmi nümayiş etdirildi.

17 dekabr 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyəti və  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Dəmir Yumruq” sənədli filmi nümayiş etdirildi. Tədbirdə  RİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Murov Həsənov, Gəncə bölgəsi üzrə şöbənin əməkdaşı Vüsal Hüseynli, məktəblilər, gənc fəallar və ictimaiyyət nümayəndələri iştirak etdilər. ​​Sənədli filmin nümayişindən öncə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda mübarək canlarından keçib, şəhidlik məqamına yüksələn Vətən övladlarının ruhu bir dəqiqəlik sükutla yad edilib.​​​​​Tədbiri giriş sözü ilə açan ​ Murov Həsənov bu tip maarifləndirmə tədbirlərinin vacibliyini qeyd edərək, mövzu ətrafında geniş çıxış edib. Murov Həsənov ərazi bütövlüyümüzün təmin olunmasının və Vətən Müharibəsinin şanlı qələbələrinin  Azərbaycan tarixində şərəfli və unudulmaz yer tutduğunu və qələbəmizdə xalq iqtidar birliyinin bir yumruq ətrafında birləşərək qələbəni təmin etməsindən danışıb.​​​ Daha sonra çıxış edən Gəncə bölgəsi üzrə şöbə əməkdaşı Vüsal Hüseynli gənclərin milli-mənəvi dəyərlərimiz istiqamətində tərbiyə edilməsinin vacibliyini vurğulayıb. O, qeyd edib ki, dövlətçilik ənənələrinə uyğun intellektli gəncliyin formalaşması üçün milli-mənəvi dəyərlərimizin rolu böyük əhəmiyyət kəsb edir.

 

Keçidlər