Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Aşağı Ağcakənd qəsəbəsinin həlli vacib məsələləri ilə bağlı yerində müzakirələr apardı.
Goranboy rayon İcra Hakimiyyətinin Başçısının müvafiq Sərəncamı ilə, Aşağı Ağcakənd inzibati ərazi dairəsi üzrə nümayəndə vəzifəsinə təyin edilmiş İsmayılov Zahid Kərim oğlunun təqdimatında iştirak edən İcra Başçısı Məhərrəm Quliyev, yeni təyin etdiyi icra nümayəndəsinə qəsəbə əhalisinin müraciət və problemlərinin qanunamüvafiq və operativ araşdırılması, qəsəbənin həlli vacib məsələlərinin öyrənilməsi və müvafiq tədbirlər planı və iş qaydasının hazırlanması ilə bağlı, tapşırıq və tövsiyyələrini bildirdi. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Xocalı şəhər İcra Hakimiyyətinin Başçısı Şahmar Usubov, rayonun digər rəhbər şəxsləri və müvafiq xidmət sahələrinin rəhbərləri ilə birgə, Xocalı şəhər İcra Hakimiyyəti ilə eyni inzibati binada yerləşən İcra Nümayəndəliyinin fəaliyyətinin, ərazidə yerləşən yerli və həmçinin Xocalı ŞİH-nin tabeliyində olan bütün dövlət idarə və təşkilatlar ilə birgə əlaqəli işinin təşkili, qəsəbə və ətraf yaşayış məntəqələrinin sosial problemlərinin araşdırılması və aidiyyəti istiqamətlər üzrə həllinə nail olunması istiqamətlərində müzakirələr apardı.