Türkiyədən müalicədən dönən Vətən müharibəsi Qazisi evində ziyarət olundu.
03 dekabr 2021 | 16:00
Goranboy şəhərindən Vətən müharibəsi Qazisi Əmrahov Ruslan Rəşid oğlu Vətən müharibəsində Tərtər-Suqovuşan-Ağdərə istiqamətlərində aparılan döyüşlərdə yaralanmış, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Qazimiz YAŞAT Fondunun dəstəyi ilə, Türkiyə Respublikasında müalicə edilmişdir. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti məsul şəxslərlə birgə, Qazimizi evində ziyarət etdi, Qazi və ailəsinin sosial qayğıları ilə maraqlandı.