Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda COVID-19 xəstəliyi əleyhinə 3-cü doza vaksinasiya sürətlə davam etdirilir.

02 dekabr 2021 | 16:00

Baş nazir, Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə Operativ Qərargahın genişləndirilmiş son iclasında  pandemiya ilə bağlı hazırkı vəziyyət – yoluxmanın miqyası, xəstələrin müalicəsi, peyvəndlənmənin sürəti və miqyası, xüsusi karantin rejiminin tələblərinə əməl edilməsinə nəzarət üzrə monitorinqlərin nəticələrinə dair məsələlər müzakirə olunub. İclasda, habelə "Omicron" ştammı və ona qarşı proflaktik tədbirlər müzakirə olunub və müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.

Goranboy rayonunda da koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə  yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir.  Bu əməli tədbirlərin  müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması diqqətdə saxlanılır.

Goranboy rayonunda COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq, ümumilikdə, 26831 tibbi test keçirilmiş, bundan 6412 nəfərində diaqnoz təsdiqlənmişdir. 5839 nəfəri sağalmış, 120 nəfər vəfat etmişdir. Hazırda 453 nəfər aktiv xəstə qeydiyyatdadır. Bundan 48 nəfəri  Xəstəxanada, 405 nəfəri isə ev şəraitində müalicə alır.

Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir. 01 dekabr    2021-ci il tarixə  rayon üzrə ümumilikdə, 104714 doza istifadə olunmuşdur. Bundan: 1-ci doza-52657, 2-ci doza-45527,  3-cü doza-6530 təşkil edir.

 

Keçidlər