Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin tikinti işləri başa çatdırılmış, son tamamlama işləri aparılır.
29 noyabr 2021 | 16:00
Azərbaycan Respublikasının 1-ci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın birbaşa tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında inşa edilən 720 şagird yerlik Goranboy şəhər 1 N-li tam orta məktəbin tikinti işləri başa çatdırılmış, son tamamlama işləri aparılır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə bir daha yerində tanış oldu. Məktəbdə müasir invertarlarla təhciz edilmiş 38 ədəd dərs otaqları ilə yanaşı, 2 ədəd kimya, 2 ədəd biologiya labaratoriyaları, geniş idman, akt və yeməkxana zalları, direktor və müəllim kabinetləri, müasir istilik təhcizatı sistemi, 50 tonluq su anbarı inşa edilmişdir.