Goranboyda Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə bağlı tədbir keçirildi
Goranboyda Yeni Azərbaycan Partiyasının yaradılmasının 29-cu ildönümü ilə bağlı tədbir keçirildi.
Tədbir iştirakçıları öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, ümummilli lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, Vətənimizin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman övladların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi, Ümummilli Liderə və bütün şəhidlərimizə dərin hörmət və ehtiramlarını bildirdilər. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, YAP rayon təşkilatının sədri və idarə heyəti, YAP rayon fəalları iştitrak etdilər.Tədbiri açıq elan edən İcra başçısı Məhərrəm Quliyev ötən 29 ildə şərəfli yol keçmiş, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsində önəmli rol oynamış, partiyanın ətrafında toplanmış insanların, xüsusilə ötən illər ərzində qədirbilən xalqımızın inamını və etimadını doğrultmuş Yeni Azərbaycan Partiyasının möhtəşəm siyasi, iqtisadi uğurlarından bəhs edib. Vurğulayıb ki, Yeni Azərbaycan Partiyası dahi Heydər Əliyevin ifadəsi ilə desək, Azərbaycan xalqının mütləq iradəsini əks etdirən siyasi təşkilat kimi dünənimizin, bu günümüzün və gələcəyimizin partiyasıdır. Bu gün isə ölkə rəhbəri, Yeni Azərbaycan Partiyasının Sədri, Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı davamlı inkişaf yoluna çıxarmış, müstəqil, qüdrətli və qalib ölkəmiz dünya ölkələri içərisində öz layiqli, yüksək yerini tutmuşdur. Yeni, müstəqil Azərbaycan bugünkü inkişafa və tərəqqiyə, sabitliyə, təhlükəsizlik və yüksək rifaha, ən əsası, 44 günlük Vətən müharibəsində mənfur düşmən üzərindəki möhtəşəm Qələbəyə məhz əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılmış Yeni Azərbaycan Partiyasının ideoloji prinsiplərinin ölkəmizdə uğurla həyata keçirilməsi ilə nail olunmuşdur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi qələbələrin, uğurların davam etdirilməsi, beynəlxalq səviyyədə imkanların artırılması hər bir Azərbaycan vətəndaşının ümdə arzusudur. Qardaş Türkiyə Cümhuriyyəti ilə əlaqələrin daha da möhkəmləndirilməsi, ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi, hakim partiyalarımız - Yeni Azərbaycan Partiyası ilə Ədalət və İnkişaf Partiyası arasında da sıx, yüksək səviyyəli, məhsuldar əməkdaşlığın qurulması, qarşıda duran hədəflərə doğru bir çox işlərin birgə görülməsi xalqlarımızın, siyasi həmfikirlərimizin ürəyindən xəbər verir. Bu, həm də dünyada analoqu olmayan qardaşlığın, birliyin daimi olması, qardaş ölkələrimizin inkişafına gələcəkdə də böyük töhfələr verməsi baxımından əhəmiyyət kəsb edir. Bir neçə gün əvvəl iftixar hissi ilə qeyd etdiyimiz şanlı Zəfər Günündən danışan Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev xalqımızın yaşadığı şərəfli, qürurlu hadisələrdən, azğın düşmən üzərində qazanılmış şanlı Qələbənin təmin edilməsinə gedən yollardan, illərdən bəri Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə xalqımızın rifahı naminə aparılan düzgün, məntiqli siyasi proseslərdən danışıb, daimi nümayəndəliyin kollektivini üzvü olduqları Yeni Azərbaycan Partiyasının yaranmasının 29-cu ildönümü münasibətilə bir daha təbrik edib.