Goranboy rayonunda Ədliyyə işçilərinin peşə bayramı qeyd edildi.
Goranboy rayonu Heydər Əliyev Mərkəzində Ədliyyə işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri və Ədliyyə işçiləri iştirak etdi. Tədbir iştirakçıları ilk olaraq Ümummilli Liderimiz Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi önünə tər gül dəstələri qoyaraq, Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbirdə çıxış edən İcra Başçısı Azərbaycan Ədliyyə sisteminin yaradılması tarixindən , Ümummillim Lider tərəfindən bu sahədə aparılan əsaslı islahatlardan və cənab Prezident İlham Əliyevin Ədliyyə strukturunun müasir tələblər səviyyəsində formalaşdırılması istiqamətində həyata keçirdiyi uğurlu addımlarından söhbət açdı. Ədliyyə işçilərinin peşə bayramlarını təbrik edən cənab Məhərrəm Quliyev peşə fəaliyyətlərində fərqlənən şəxsləri rayon İcra Hakimiyyəti Başçısının fəxri fərmanları ilə təltif etdi.