Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda covid-19 pandemiyasına qarşı mübarizə tədbirləri davam etdirirlir.

18 noyabr 2021 | 16:00

Ölkəmizdə koronovirus (COVİD-19) pandemiyasının yayılma hallarının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir. Bu əməli tədbirlərin müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması məcburidir.

Məlumat üçün bildiririk ki, rayon sakinləri arasında bu günədək 25842 Covid-19 testi aparılmış, 6035 nəfərdə diaqnoz təsdiqlənmişdir. Bundan 5416 nəfər sağalmış, 114 nəfər vəfat etmişdir. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq Goranboyda da vaksinasiya prosesi davam etdirilir. Bu günə kimi 101381 doza istifadə olunub ki, bundan 4743-ü  3-cü dozadır.

Bütün goranboyluları Koronavirus pandemiyasından qorunmaq məqsədi ilə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə, aparılan kütləvi peyvənd aksiyasına fəal qoşulmağa çağırırıq.

 

Keçidlər