Goranboy rayon İcra Hakimiyyətində, rayonda vaksinasiya işinin təşkili ilə bağlı iclas keçirildi.
Goranboy rayon İcra Hakimiyyətinin məsul vəzifəli şəxslərinin və idarə, təşkilat rəhbərlərinin iştirakı ilə, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq rayonda vaksinasiya işinin təşkili ilə bağlı iclas keçirildi. Rayonda COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq, ümumilikdə, 25616 tibbi test keçirilmiş, bundan 5967 nəfərində diaqnoz təsdiqlənmişdir. 5350 nəfəri sağalmış, 113 nəfər vəfat etmişdir. Hazırda 504 nəfər aktiv xəstə qeydiyyatdadır. Bundan 58 nəfəri Xəstəxanada, 446 nəfəri isə ev şəraitində müalicə alır. 15 noyabr 2021-ci il tarixə rayon üzrə 100763 doza istifadə olunmuşdur. Bundan 3-cü doza peyvənd 4411 nəfərdir.