Muzdurlar kəndindən Vətən müharibəsi Şəhidi mayor Məmmədov Əlövsət Əli oğlunun ildönümündə məzarı ziyarət olundu.
10 noyabr 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimai fəallar Muzdurlar kəndində Vətən müharibəsi Şəhidi mayor Məmmədov Əlövsət Əli oğlunun ildönümü ilə bağlı, məzarını ziyarət etdilər, ruhuna dualar oxudular, əziz xatirəsini andılar.