Vətən müharibəsi şəhidimiz, Əsgər Behbudov Nofəl Həmid oğlu Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
07 noyabr 2021 | 02:26
Vətən müharibəsi şəhidimiz, Əsgər Behbudov Nofəl Həmid oğlu Prezident cənab İlham Əliyevin sərəncamı ilə ölümündən sonra 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilib.
Behbudov Nofəl Həmid oğlu 7 iyun 2001-ci ildə Goranboy rayon Səfikürd kəndində anadan olub. 8 noyabr 2020-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. Goranboy rayon Səfikürd kənd Şəhidlər Xiyabanında torpağa tapşırılıb.Nofəl Behbudov daha əvvəl ölkə başçısının müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Cəsur döyüşçü", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.