Şriftin ölçüsü :

Saytın rəngi :

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatında Goranboy rayonunun Qaradağlı kəndindən olan Həsrət Cəfərov final mərhələsində iranlı rəqibinə qalib gələrək dünya çempionu oldu.

04 noyabr 2021 | 16:00

19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb.
Xatırladaq ki, Cəfərov bu ilin avqustunda Ufada gənclər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanıb.
Qeyd edək ki, idmançımızın ilk məşqçisi, Qaradağlı kəndindən əməkdar məşqçi Bayramov Bayram Məhəmməd oğludur.

Keçidlər