Goranboy rayon İcra Hakimiyyətində “8 noyabr- Zəfər Günü” tədbirləri ilə bağlı operativ müşavirə keçirildi.
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev və aidiyyəti məsul vəzifəli şəxslərin iştirakı ilə, Vətən müharibəsi Şəhidlərinin ildönümlərinin keçirilməsi, Şəhid adlarının əbədiləşdirilməsi, Şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həlli, bu istiqamətdə görülmüş işlərin nəticələri və “8 noyabr- Zəfər Günü” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin hazırlanması, həyata keçirilməsi məqsədi ilə operativ müşavirə keçirildi və geniş müzakirələr aparıldı. İcra Başçısı müzakirə olunan məsələlərin mütəmadi olaraq diqqətdə saxlanılması, Şəhid ailələri və müharibə iştirakçılarının sosial qayğılarının öyrənilməsi və həllinə daim həssaslıqla yanaşılması və “8 noyabr- Zəfər Günü” ümumrayon tədbirlərinin yüksək səviyyədə təşkili ilə bağlı, aidiyyəti məsul şəxslərə tapşırıq və tövsiyyələrini bildirdi.