Goranboy rayonunda COVID-19 xəstəliyi əleyhinə aparılan vaksinasiyada 3-cü doza prossesinə start verilmişdir.
Goranboy rayonunda koronovirus (COVİD-19) pandemiyasının qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə, rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon Polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəall və könüllülərin iştirakı ilə yaradılmış Mobil Qruplar tərəfindən gündəlik monitorinqlər aparılır, maarifləndirici təbliğat işləri həyata keçirilir. Bu əməli tədbirlərin müntəzəm davam etdirilməsi, o cümlədən tibbi maskalardan istifadə olunması, sosial məsafənin gözlənilməsi və gigiyenik qaydalara əməl olunması diqqətdə saxlanılır.
Goranboy rayonunda COVİD-19 Pandemiyası ilə əlaqədar olaraq, ümumilikdə, 24224 tibbi test keçirilmiş, bundan 5509 nəfərində diaqnoz təsdiqlənmişdir. 4888 nəfəri sağalmış, 105 nəfər vəfat etmişdir. Hazırda 516 nəfər aktiv xəstə qeydiyyatdadır. Bundan 72 nəfəri Xəstəxanada, 444 nəfəri isə ev şəraitində müalicə alır.
Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir. 01 noyabr 2021-ci il tarixə rayon üzrə 95896 doza istifadə olunmuşdur. Artıq 3-cü doza peyvənd prossesinə başlanılmışdır ki, bu günə 2 min nəfərdən çox rayon sakini 3-cü doza peyvənd olunub.