Şriftin ölçüsü :

Saytın rəngi :

“2023-cü il-Heydər Əliyev ili” ilə bağlı, silsilə ümumrayon tədbirlərinin keçirilməsi məqsədi ilə Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planına uyğun olaraq, Muzdurlar kəndində Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirildi.

27 iyul 2023 | 10:51

Möhtərəm  Prezident cənab İlham Əliyev və Birinci vitse prezident hörmətli Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin, yerlərdə vətəndaş müraciətlərinin, xüsusən də şəhid ailələri və qazilərimizin sosial qayğılarının öyrənilməsi və  vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə, Goranboy rayon İcra Hakimiyyəti tərəfindən  şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir, Şəhid ailələri və qazilərlə görüşlər təşkil olunur.  Ziyarətlər və keçirilən görüşlər zamanı Şəhid ailələri və qazilər  tərəfindən edilən müraciətlərdən rayon  İcra Hakimiyyətinin səlahiyyətləri çərçivəsində həlli mümkün məsələlərin yerində obyektiv araşdırılması və operativ həlli ilə bağlı, aidiyyəti üzrə tapşırıq və tövsiyyələr verilir, digər müraciətlərin araşdırılması və həlli məqsədi ilə,   aidiyyəti üzrə mərkəzi icra hakimiyyəti orqanlarına rəsmi müraciətlər ünvanlanır.

Goranboy RİH-nin məsul vəzifəli əməkdaşlarının, inzibati ərazi dairələri üzrə  nümayəndələrin və  bələdiyyələrin birgə iştirakı ilə Muzdurlar kəndində 1-ci Qarabağ müharibəsi şəhidi Ələkbərov Bəxtiyar Eyyub oğlunun ailəsinin həyətində Muzdurlar, Yolpaq, Kəhrizli və Səmədabad  yaşayış məntəqələrindən olan Şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirildi, onların sosial qayğıları ilə maraqlanıldı.

Keçidlər