Goranboylu Şəhidimiz Qurbanov Yusif Asif oğlu dəfn edildi.
Müdafiə Nazirliyinin “N” saylı hərbi hissənin xüsusi təyinatlı qoşunların giziri, Qaraçinar kənd qeydiyatlı,(ailəsi Şəfəq kəndində yaşayır), 1998-ci il təvəllüdlü Qurbanov Yusif Asif oğlu, 12-13 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhəddinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində erməni silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı Kəlbəcər rayonu istiqamətində yaralnmış, Bakı şəhəri Mərkəzi Hərbi Klinik Hospitalda ayağı amputasiya olunmuş, 17.09.2022-cil tarixdə həmin Hospitalda vəfat etmişdir. Şəhidimiz 18.09.2022-ci il tarixdə Şəfəq kənd qəbirstanlığında dəfn edildi. Dəfn mərasimində Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Ağalar Vəliyev, rayonun bütün rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər, hərbiçilərimiz, ictimaiyyətin və Kütləvi İnformasiya Vasitələrinin nümayəndələri iştirak etdilər.
Şəhid Qurbanov Yusif Asif oğlu Vətən Müharibəsində iştirak etmiş, döyüş zamanı yüngül yaralnmış, “Cəsur döyüşçü”, “Cəbrayılın azad olunmasına görə” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.