Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan qəzetində “Goranboylular peyvəndlənmədə fəaldırlar.” başlıqlı məqalə dərc edilib.

26 oktyabr 2021 | 16:00

Azərbaycan qəzetində “Goranboylular peyvəndlənmədə fəaldırlar.” başlıqlı məqalə dərc edilib.

Goranboyda koronavirusun qarşısının alınması, yerlərdə karantin rejimi qaydalarına ciddi əməl olunması və mövcud vəziyyətin nəzarətdə saxlanılması məqsədi ilə tədbirlər davam edir.Rayon İcra Hakimiyyəti yanında Operativ Qərargahın üzvlərinin, rayon polis şöbəsi əməkdaşlarının, yerli icra nümayəndələri və bələdiyyələrin, ağsaqqqal, ictimai fəal və könüllülərin iştirakı ilə yaradılmış mobil qruplar tərəfindən bütün yaşayış məntəqələrində gündəlik monitorinqlər keçirilir, maarifləndirici təbliğat işləri aparılır. Qeyd edək ki, rayonda COVID-19 pandemiyası ilə əlaqədar ümumilikdə 23 minə yaxın tibbi test keçirilmişdir. Testin nəticələri müsbət çıxmış 4700 nəfər müalicə olunaraq sağalmış, 101 nəfər vəfat etmişdir. Hazırda 127 aktiv xəstə qeydiyyatdadır. Bundan 3 nəfəri xəstəxanada, 124 nəfəri isə ev şəraitində müalicə olunur.Nazirlər Kabinetinin 2021-ci il16 yanvar tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, Goranboy rayonunda da əhali arasında vaksinasiya işləri davam etdirilir.14 oktyabr 2021-ci il tarixə verilən məlumata görə, rayon üzrə 91015 doz istifadə olunmuşdur. Bundan 50048-i 1-ci, qalanı 2-ci dozdur.Aparılan əməli tədbirlərin nəticəsidir ki, son günlər rayon ərazisində yoluxma hallarının sayı azalır, sağalanların sayında isə yüksək dinamika müşahidə olunur.

Sabir ƏLİYEV,
“Azərbaycan”

 

Keçidlər