20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Goranboy rayonunda anım tədbirləri keçirildi.
20 yanvar 2023 | 12:53
20 Yanvar faciəsinin 33-cü ildönümü ilə bağlı Goranboy rayonunda anım tədbirləri keçirildi. Rayonun rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və bir qrup ictimaiyyət nümayəndələrinin iştirakı ilə rayonun Muzdurlar kəndində 20 Yanvar şəhidi İlqar Kərimovun məzarı, Şəhidin ailə üzvləri ilə birgə ziyarət edildi. Sonra tədbir Goranboy şəhəri Şəhidlər Xatirə Kompelksində davam etdirildi, Şəhidlərin büstləri önünə qərənfillər düzüldü, Şəhidlərimizin ruhlarına dualar oxundu.
Saat 12:00-da 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu.