Goranboyda İcra Başçısı və Deputat Ali məktəblərə qəbul olmuş tələbələrlə görüşdülər.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonunun 96 saylı Goranboy-Naftalan seçki dairəsini əhatə edən ümumtəhsil məktəbləri üzrə ali məktəbə daxil olan məzunlarla, onların müəllim və valideynləri ilə görüşdülər.
Tədbir iştirakçıları öncə Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət etdilər. Sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi.
Məzunları və onların müəllimlərini, valideynlərini təbrik edən İcra Başçısı və Deputat Ümummilli Liderimiz tərəfindən əsası qoyulan müasir Azərbaycan təhslinin bu gün Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyeva tərəfindən uğurla inkişaf etdirildiyini, yeni məktəb binalarının inşa edildiyini və ya əsaslı təmir-bərpa işlərinin həyata keçirildiyini, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının müasirləşdirildiyini, müəllim və tələbələrin sosial təminatlarının daha da yaxşılaşdırılmasi istiqamətlərində işlərin görüldüyünü diqqətə çatdırdılar. Bildirildi ki, cari ildə Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın tapşırığı və Heydər Əliyev Fondunun təşəbbüsü ilə, “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi əsasında, 700 şagird yerlik Goranboy şəhər 1 nömrəli tam orta məktəbi istifadəyə verilmiş, hazırda 960 şagird yerlik Dəliməmmədli şəhər tam orta məktəbinin tikintisi, Qaraçinar və Tap kənd tam orta məktəblərinin əsaslı təmiri işləri başa çatdırılır. Daha sonra Qızılhacılı qəsəbə 1 nömrəli və Səfikürd kənd tam orta məktəblərinin də əsaslı təmiri işlərinə başlanılacaqdır.
Tədbirdə tələbə adını qazanmış 29 məzun və 1-ci sinfə qədəm qoyan 2 Şəhid övladına qiymətli hədiyyələr və Fəxri Fərmanlar təqdim edildi.