Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.

02 oktyabr 2021 | 04:31

Goranboy rayonunda “01 oktyabr-Prokurorluq işçilərinin peşə bayramı günü” münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayonun digər rəhbər şəxsləri və ictimai fəallar iştirak etdilər. İlk olaraq Ümummilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsi ziyarət olundu, sonra tədbir Heydər Əliyev Mərkəzində davam etdirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı  Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən ölkədə təkmilləşdirilmiş və cənab Prezident İlham Əliyev tərəfindən müasir islahatlarla daha da formalaşdırılmış prokurorluq orqanlarının fəaliyyətindən söhbət açdı. Prokurorluq işçilərini Peşə bayramları münasibəti ilə təbrik edən icra başçısı onları Fəxri Fərmanlarla təltif edərək peşə fəaliyyətlərində uğurlar arzuladı.

 

Keçidlər