Şriftin ölçüsü :

Saytın rəngi :

27 sentyabr - Anım günü ilə bağlı Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə Kompleksi önündə tədbir keçirildi.

28 sentyabr 2021 | 10:50

Erməni hərbi  birləşmələrinin Vətənimizə  qarşı, 27 sentyabr 2020-ci il tarixdən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri və rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Şanlı Vətən müharibəsinə başlanmasından bir il ötür. 27 sentyabr - Vətən müharibəsi Şəhidlərimizin  Anım günü ilə bağlı  keçirilən ümumrayon tədbirləri çərçivəsində, bu gün Goranboy şəhəri Şəhidlər Xatirə-Abidə  Kompleksində tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin  başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri, Qazilər və ictimaiyyət nümayəndələri iştirak etdilər.Tədbir iştirakçıları öncə, torpaqlarımızın azadlığı uğrunda canından keçən Şəhidlərimizin xatirəsinə inşa edilmiş Xatirə-Abidə  Kompleksini ziyarət edib, Şəhidlərimizin ruhuna dualar oxunub, sonra Vətən müharibəsinə həsr olunmuş rəsm sərgisinə baxış keçirilib. Tədbirdə çıxış edən İcra Başçısı və digər natiqlər Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında, Qarabağın azadlığı uğrunda Rəşadətli  Azərbaycan Ordusunun dünya hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Şanlı Vətən müharibəsi barədə danışdılar.

 

Keçidlər