Goranboyda Vətən müharibəsi Şəhidlərinin ildönümü-Anım günü ilə bağlı ümumrayon tədbirləri davam etdirilir.
23 sentyabr 2021 | 16:00
Goranboy rayonunda Vətən müharibəsi Şəhidlərimizin Anım günü ilə bağlı, ümumrayon tədbirləri davam etdirilir. Bu tədbirlər çərçivəsində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və rayonun digər rəhbər şəxsləri, Şəhid ailələri və ictimai fəallarla birgə Tap Qaraqoyunlu kəndində Şəhidlər Xatirə Kompleksini ziyarət etdi, Şəhidlərimizin xatirəsi anıldı.