Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların növbəti onlayn qəbulu keçirildi.
16 sentyabr 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev vətəndaşları onlayn videoformatda qəbul etdi. Qəbul zamanı vətəndaşların müraciət və təkliflərini dinləyən icra başçısı, qeyd olunan məsələlərin həlli istiqamətində müfaviq tapşırıq və tövsiyələrini bildirdi. Goranboy rayon İcra Hakimiyyətində Şəhid ailələri, qazilər və döyüş iştirakçılarının müraciətlərinə isə xüsusi həssaslıqla yanaşılır. Eyni zamanda qəbula gələn vətəndaşlara tibbi maskalardan istifadə, sanitar-gigiyena qaydalarına əməl edilməsi və sosial məsafənin saxlanılması tövsiyə edilmişdir.