Goranboy rayon icra hakimiyyətində pambığın yığıma hazırlıq vəziyyəti ilə bağlı müzakirələr aparıldı
08 sentyabr 2021 | 04:00
Rayonda fəaliyyət göstərən pambıq tədarükü məntəqələrinin rəhbərlərini qəbul edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev cari ildə rayonda 2647,3 ha sahədə becərilmiş pambığın yığıma hazırlıq vəziyyəti ilə bağlı müzakirələr apardı. İcra başçısı məhsulun vaxtında və səmərəli yığımının təşkili, bu sahədə yarana biləcək problemlərin əvvəlcədən aradan qaldırılması ilə bağlı, hər 3 məntəqə rəhbərlərinə və aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələrini bildirdi.