Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda dağ kəndlərinin infrastruktur vəziyyətinin öyrənilməsi və mövcud problemlərlə bağlı operativ müşavirə keçirildi.

30 avqust 2021 | 16:00

Goranboy rayon icra hakimiyyəti başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərin, xidmət təşkilatları rəhbərlərinin, inzibati ərazi dairəsi üzrə nümayəndə və yerli  bələdiyyələrin iştirakı ilə, dağ kəndlərinin  infrastruktur vəziyyətinin öyrənilməsi və mövcud problemlərlə bağlı operativ müşavirə keçirdi.
Müşavirədə, əhalinin və təsərrüfatların sayının dəqiqləşdirilməsi, faktiki yaşayış vəziyyətinin, yol, elektrik, təbii qaz təsərrüfatlarının, torpaq balansının və məktəb binalarının mövcud vəziyyətin öyrənilməsi istiqamətlərində geniş və açıq müzakirələr aparıldı. İcra başçısı qeyd olunan məsələlərlə bağlı dəqiqləşdirilmiş məlumatların öyrənilməsi, sistemləşdirilməsi və vaxtında təqdim olunması ilə bağlı tapşırıq və tövsiyyələrini bildirdi.
Müşavirə,  Covid-19 pandemiyasına qarşı mübarizə tədbirlərinin tələb və qaydalarına uyğun olaraq keçirildi.

 

Keçidlər