Şriftin ölçüsü :

Saytın rəngi :

Deputat və icra başçısı Goranboyda şəhid bulağının açılışında iştirak etdi

27 avqust 2021 | 16:00

Bu gün 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Goranboy rayonu Qarasuçu kənd sakini şəhid Lətif Məmmədovun doğum günüdür. Şəhidin doğum günündə Goranboyda onun adına inşa edilən xatirə bulağının açılış mərasimi keçirilib.
​Açılış mərasimində millət vəkili Anar Məmmədov, Goranboy rayon İcra hakimiyyətinin başçısı Məhərrəm Quliyev, şəhidin doğmaları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidin məzarı ziyarət edilib, ruhuna dualar oxunub, əziz xatirəsi böyük ehtiramla yad edilib. Daha sonra Qarasuçu kənd orta məktəbində şəhid Lətif Məmmədovun adını daşıyan bulaq kompleksinin açılışı olub.
​Şəhidin ailə üzvləri onlara göstərilən xüsusi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər.

 
 
 
 
 

 

Keçidlər