Şriftin ölçüsü :

Saytın rəngi :

Prezident cənab İlham Əliyev tərəfindən təməli qoyulan Talış-Tap Qaraqoyunlu-Qaşaltı Qaraqoyunlu -Naftalan avtomobil yolunda tikinti işləri davam etdirilir.

07 sentyabr 2022 | 11:55

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2021-ci ilin oktyabrın 3-də Tərtər rayonunda təməli qoyulan Talış-Tap Qaraqoyunlu-Qaşaltı Qaraqoyunlu-Naftalan avtomobil yolunda tikinti işləri davam etdirilir.

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə tikilməkdə olan avtomobil yolunun Tap Qaraqoyunlu hissəsinə baxış keçirdi. İcra Başçısı, yerli sakinlərin, o cümlədən Şəhid ailələri və Qazilərin müraciətlərini nəzərə alaraq, yolun yaşayış məntəqəsinin mərkəzindən keçən hissəsində fərdi yaşayış evlərinin və sosial obyektlərin qarşısında, xüsusən də Şəhidlər Xatirə-Abidə Kompleksinin önündə tikinti işlərinin kəndin infrastruktur inkişafı planlarına uyğunlaşdırlması ilə bağlı müzakirələr apardı, tövsiyyələrini bildirdi. Vətəndaşların istifadəsinə veriləcək  yolun Tap Qaraqoyunlu kəndindən keçməsi ilə Talış-Suqovuşan yoluna həm də Naftalan şəhərindən getmək mümkün olacaq.

Keçidlər