Goranboy rayon İcra Hakimiyyəti başçısı Buzluq kəndində oldu,bir qrup sakinlərlə görüşdü, onların problemlərini dinlədi
21 avqust 2021 | 16:00
.Goranboy rayon icra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə Buzluq kəndində oldu, burada bir qrup sakinlərlə görüşdü, onların problemlərini dinlədi. İcra Başçısı kənddə elektrik enerjisi, rabitə və yol infrastrukturu təminatı, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin fəaliyyəti ilə bağlı mövcud vəziyyətlə yerində maraqlandı, bu sahədə problemlərin aradan qaldırılnması ilə bağlı, müzakirələr apardı.