Goranboyda Şəhidin doğum günü qeyd edildi.
20 avqust 2021 | 16:00
Dəliməmmədli şəhərindən Vətən müharibəsi Şəhidimiz, Əliyev Sənan Ceyhun oğlunun doğum günü ilə bağlı, Goranboy rayon İcra Hakimiyyətinin əməkdaşları, 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi və ictimai fəallar onun məzarını və ailəsini ziyarət etdilər, ruhuna dualar oxudular. Şəhidimizin əziz xatirəsi ehtiramla yad edildi.