Goranboy şəhərində abadlıq, quruculuq və yenidənqurma işləri davam etdirilir.
18 avqust 2021 | 16:00
Hazırda Vidadi küçəsində əsaslı yenidənqurma işləri aparılır, səki yan daşları və gecə işıqlandırma sistemi yenilənir, küçəyə yeni asfalt örtük salınır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aparılan işlərlə yerində tanış oldu, müvafiq tapşırıq və tövsiyyələrini bildirdi, şəhər sakinləri ilə görüşdü, onların problem və müraciətlərini dinlədi.