Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy Rayon Təhsil Şöbəsinə yeni müdir təyin olundu.

07 avqust 2021 | 03:09

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin iclasda ilk öncə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun 44 günlük Vətən Müharibəsində qazandığı qələbədən danışdı. İclasın rəsmi hissəsində isə Goranboy rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı, Təhsil Nazirliyinin 337 nömrəli təqdimatı ilə Goranboy Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunan Nazarov Seymur Fazil oğlunun təqdimatı olmuşdur. Tədbirdə rayonumuzun  mövcud  təhsil vəziyyəti, qarşıda duran məqsdələr və  perspektiv məsələlər də müzakirə olundu.⠀⠀
      Bildiririk ki, Nazarov Seymyur Fazil oğlu 12.04.1982-ci ildə Goranboy rayonunun Qızılhacılı qəsəbəsində doğulub. Azərbaycan Dillər Universitetinin Dilşünaslıq ixtisasını bitirib O, bu vəzifəyə qədər 2005-2010-cu illərdə Goranboy rayonu Qızılhcılı qəsəbə 2 saylı tam orta məktəbdə Fransız dili müəllimi, 2016-2017-ci illərdə Goranboy rayonu Goran qəsəbə ümumi orta məktəbdə Psixoloq, 2017-ci ildə Goranboy rayon Qaramusalı kənd tam orta məktəbdə Fransız dili müəllimi, 2017-2019-cu illərdə Goranboy rayonu Hazırəhmədli kənd tam orta məktəbində müavin, bu təyinata qədər isə Goranboy rayonu Aşağı Ballıqaya kənd ümumi orta məktəbdə direktor vəzifəsində çalışıb. ⠀

Nazarov Seymura gələcək fəaliyyətində uğurlar arzulayırıq.

 

Keçidlər