Goranboyda sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər aparılır.
Goranboy rayonunda vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Goranboy və Dəliməmmədli şəhərlərində qəzalı vəziyyətdə olan çoxmənzilli binalarda sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Goranboy şəhərində 36 mənzilli 4 ədəd 2 mərtəbəli, Dəliməmmədli şəhərində 16 mənzilli 1 ədəd 2 mərtəbəli yaşayış binalarının sökülüb yerlərində Goranboy şəhərində 2 ədəd 4 mərtbəli 36 mənzilli, Dəliməmmədli şəhərində isə 1 ədəd 4 mərtəbəli 16 mənzlli binaların tikintisi aparılması üçün layihə smeta sənədlərinin hazırlanması işləri aparılır. Mövcud binaların qəzalı vəziyyətdə olamsını nəzərə alaraq Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev yeni tikiləcək binalarla bağlı sakinlərlə görüşmüş. Sökülən binalarda kommunal xidmətlərin, işıq, qaz və suyun dayandırılması, sakinlərin köçürülməsi və kirayə pullarının ödənilməsi ilə bağlı müvafiq işlər görüllməsi istiqamətində aidiyəti üzrə tapşırıqlar vermişdir.