Goranboy rayon İcra Hakimiyyətində vətəndaşların müraciətlərinə həssas yanaşılır.
16 iyul 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyətində həftənin bütün iş günlərində vətəndaşlar qəbul edilir, onların müraciətləri dinlənilir, vətəndaş müraciətlərinə həssas yanaşma nümayiş etdirilir. Rayon İcra Hakimiyyətinin Başçısı, müavinləri və şöbə müdirləri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin yerində obyektiv araşdırılması ilə bağlı, operativ və müntəzəm işlər görülür, Şəhid ailələri və Qazilərin müraciətlərinə isə xüsusi diqqət göstərilir.