Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda Vətən müharibəsi Qazisi rəhbər vəzifəyə təyin edildi.

15 iyul 2021 | 04:21

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə  uyğun olaraq, Goranboy rayonunda da Şəhid ailələri və Qazilərə xüsusi diqqət yetirilir, onların müraciətlərinə həssas və operativ yanaşılır.  Xüsusən də, vakant iş yerlərində iş təminatı ilə bağlı, ilk olaraq Şəhid ailələri və Qazilərə önəm verilir. Bu məqsədlə, növbəti Vətən müharibəsi Qazisi dövlət qulluğunda işlə təyin edildi.

Goranboy rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən, Xəlilov Elnur Rizvan oğlu rayon İcra Hakimiyyətində  Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edildi.

Xəlilov Elnur Rizvan oğlu 1993-cü ildə Goranboy şəhərində doğulub, Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunudur.  44 günlük Şanlı Vətən müharibəsində  döyüş əməliyyatlarının həyata keçirilməsi zamanı zabit kimi fəal iştirak edən Elnur Xəlilov  yaralanmış və  göstərdiyi xidmətlərə görə “Cəsur döyüşçü” medalı ilə təltif edilmişdir

 

Keçidlər