Qızılhacılıda əsas qəsəbədaxili yolların asfaltlaşdırılması yekunlaşmaq üzrədir.
07 iyul 2021 | 16:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 mart 2020-ci il tarixli Sərəncamına əsasən, 30 min nəfər əhalinin istifadə etdiyi 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-AşağıBallıqaya-Səfikürd–Rəhimli-TapQaraqoyunlu yolunun tikintisi davam etdirilir.Yolun Əlirzalı, Xan Qərvənd, Yeniyol, Təklə, Aşağı Ballıqaya, Nərimanlı, Zeynallı, Səfikürd və Rəhimli hissələrində tikinti işləri başa çatdırılmış, hazırda Qızılhacılıda əsas qəsəbədaxili avtomobil yolları asfaltlaşdırılır.