Goranboyda Şəhidin həyat yoldaşı müdir təyin edildi.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, Goranboy rayonunda da Şəhid ailələri və Qazilərin müraciətlərinə həssas və operativ yanaşılır, onların sosial qayğılarının öyrənilməsi və həlli istiqamətlərində əməli tədbirlər görülür. Bu məqsədlə, həyata keçirilən tədbirlər çərçivəsində Şəfəq kəndindən 1-ci Qarabağ müharibəsi Şəhidi, Azərbaycan Bayrağı Ordeni ilə təltif edilmiş Qurbanov Fərman Telman oğlunun həyat yoldaşı Quliyeva Şərafət İbad qızı, rayon İcra Hakimiyyəti Başçısının müvafiq Sərəncamına əsasən, Şəfəq kənd uşaq bağçasının müdiri vəzifəsinə təyin edilmişdir.