Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı və deputat Vətən müharibəsi Şəhidlərinin ailələrini ziyarət etdilər

02 iyul 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov, rayonun digər rəhbər şəxsləri ilə birgə Muzdurlar kəndindən Vətən müharibəsi Şəhidimiz mayor Əlövsət Məmmədovun məzarını və ailəsini ziyarət etdilər, Şəhidimizin xatirəsinə inşa ediilmiş  Xatirə Abidəsi  önündə onun və bütün Şəhidlərimizin xatirəsi anıldı.  Azərbaycan Respubluikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə, 44 günlük Vətən müharibəsində  Şəhidlik zirvəsinə ucalmış mayor Əlövsət Məmmədova verilmiş medal İcra Başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov tərəfindən Şəhidimizin övladlarına, həmçinin digər Şəhidlərimizin də medalları onların ailə üzvlərinə təqdim edildi.

 

Keçidlər