Yəhərçi-Qazaxlar kəndindən Şəhid anasının müraciəti təmin edildi.
02 iyul 2021 | 04:12
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, Goranboy rayonunda da Şəhid ailələri və Qazilərin müraciətlərinə həssas və operativ yanaşılır, onların sosial qayğılarının öyrənilməsi və həlli istiqamətlərində əməli tədbirlər görülür. Bu məqsədlə, həyata keçirilən tədbirlər çərçivəsində Yəhərçi-Qazaxlar kəndindən Vətən müharibəsi Şəhidi Alıyev Laçın Rasim oğlunun anasının müraciəti əsasında, Şəhidin bacısı Alıyeva Billurə Rasim qızı Qızılhacılı qəsəbə 1 saylı uşaq bağçasında tərbiyəçi işi ilə təmin edilmişdir.