Şriftin ölçüsü :

Saytın rəngi :

Turizm əhəməiyyətli Səfikürd-Naftalan yolu da asfaltlaşdırıldı.

02 iyul 2021 | 04:13

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 05 mart 2020-ci il tarixli Sərəncamına əsasən, Goranboy rayonunda 30 min nəfər əhalinin istifadə etdiyi 8 kəndi birləşdirən 38 km Əlirzalı–Xan Qərvənd–Yeniyol-Təklə-AşağıBallıqaya-Səfikürd–Rəhimli-TapQaraqoyunlu yolunun tikintisi davam etdirilir.

Goranboyda turizmin daha da inkişaf etdirilməsi baxımından, Naftalan şəhərində fəaliyyət göstərən Sanatoriyalarda müalicə alan turistlərin  rayonun əsas turizm zonası kimi tanınan Ağcakənd-Gülüstan-Buzluq-Todan ərazilərinə ekskursiyalarının təşkili və burada turizm potensialından faydalanılması məqsədi ilə, Goranboy-Ağcakənd avtomobil yoluna birləşən  Səfikürd-Naftalan yolunun yenidən qurulması çox əhəmiyyətlidir. Artıq Səfikürd-Naftalan yolunun asfaltlaşdırılması tam başa çatdırımış, hazırda Goranboy-Ağcakənd avtomobil yolunun yenidən asfaltlaşdırılması davam etdirilir.

 

Keçidlər