Səfikürd kəndində Şəhid bacısı işlə təmin edildi.
30 iyun 2021 | 16:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın Şəhid ailələri və Qazilərə göstərdiyi xüsusi diqqət və qayğısı ilə həyata keçirilən dövlət siyasətinə uyğun olaraq, Goranboy rayonunda da Şəhid ailələri və Qazilərin müraciətlərinə həssas və operativ yanaşılır, onların sosial qayğılarının öyrənilməsi və həlli istiqamətlərində əməli tədbirlər görülür. Bu məqsədlə, həyata keçirilən tədbirlər çərçivəsində Səfikürd kəndindən Vətən müharibəsi Şəhidi Behbudov Nofəl Həmid oğlunun atasının müraciəti əsasında, Şəhidin bacısı Səbinə Behbudova Səfikürd kənd tam orta məktəbində kitabxanaçı işi ilə təmin edilmişdir.