Goranboylular Vətən müharibəsi Şəhidi Həsrətov Elməddin Sərdar oğlu ilə vidalaşdı.
27 iyun 2021 | 16:00
Qarabağın azadlığı uğrunda aparılan 44 günlük Şanlı Vətən müharibəsinin iştirakçısı, Murovdağ istiqamətlərində gedən döyüşlərdə itgin düşmüş, Ordumuzda müddətdən artıq hərbi xidmət edən, Goranboy rayonunun Qarasuçu kəndindən olan 21 may 1997-ci il təvəllüdlü Şəhid Həsrətov Elməddin Sərdar oğlu bu gün doğulduğu kənddə dəfn edildi. Dəfn mərasimində rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri, Şəhidimizin döyüş yoldaşları və xidmət etdiyi hərbi hissənin hərbiçiləri, rayonun ictimai fəalları, din xadimləri, kənd ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər.