Goranboyda Silahlı Qüvvələr Günündə Şəhid ailələri ilə görüş keçirildi.
Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günündə, Goranboy rayon İcra Hakimiyyəti binası önündə İcra Başçısı Məhərrəm Quliyev və deputat Anar Məmmədov Şəhid ailələri və Qazilərlə görüş keçirdi. Görüşdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev və Millət Vəkili Anar Məmmədov Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyəti və rəhbərliyi altında, Rəşadətli Azərbaycan Ordusunun, hərb tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər barədə danışdılar və Şəhidlərimizin əziz xatirəsi ehtiramla anıldı. Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə hazırlanmış. üzərlərində Şəhidlərimizin fotoları olan döş nişanları Şəhid ailələrinə təqdim edildi. Sonda xatirə fotosu çəkildi.