Goranboy rayonunda operativ müşavirə keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində, İcra başçısı Məhərrəm Quliyevin rəhbərliyi və rayonun digər rəhbər şəxslərinin, aidiyyəti idarə-təşkilat rəhbərlərinin və yerli inzibati ərazi dairələri üzrə nümayəndələrin iştirakı ilə, Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq, rayonda aparılan vaksinasiyanın mövcud vəziyyəti, kənd təsərrüfatı sahəsində mövsümü işlərin aparılması və rayon ərazisində aparılan genişmiqyaslı abadlıq, quruculuq, tikinti və yenidənqurma işləri ilə bağlı operativ müşavirə keçirildi. Müşavirədə, rayon Mərkəzi Xəstəxanasında, Dəliməmmədli şəhər, Qızılhacılı qəsəbə və Xan Qərvənd kənd xəstəxanalarında vaksinasiya prosesi ilə bağlı yaradılmış şərait, səyyar vaksinasiya prossesinin həyata keçirilməsi vəziyyəti, əhalinin bu prossesə cəlb edilməsi məqsədi ilə, yerli icra nümayəndələri tərəfindən düzgün maarifləndirilmə işinin təşkili və rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxs tərəfindən bu prossesin yüksək səviyyədə qurulması və həyata keçirilməsi məqsədi ilə, üzərinə düşən vəzifələrin icrası vəziyyəti, kənd təsərrüfatı sahəsində görülən işlər; o cümlədən taxıl biçini, pambıq və tütünün becərilməsi, barama məhsulunun yığılıb aidiyyəti üzrə təhvil verilməsi, əkin sahələrinin suvarma suyu ilə təminatı, rayonda aparılan əsaslı tikinti-quruculuq və abadlıq işləri geniş müzakirə edildi.