Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” ilə bağlı tədbir keçirildi.

23 iyun 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər rəhbər şəxsləri, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları və digər dövlət qulluqçuları, “23 iyun-Dövlət Qulluqçularının Peşə Bayramı Günü” münasibəti ilə, Ümumilli Lider Heydər Əliyevin rayon mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Dahi Şəxsiyyətə ehtiramlarını nümayiş etdirdilər. Sonra Heydər Əliyev Mərkəzində tədbir davam etdirildi.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilən “Dövlət qulluqçularının peşə bayramı” münasibəti ilə rayonda fəaliyyət göstərən dövlət qulluqçularına təbrikini çatdıran İcra Başçısı Məhərrəm Quliyev dövlət başçısının bu sahəyə olan diqqət və qayğısı barədə danışdı.Sonda xatirə fotosu çəkildi.

 

Keçidlər