Goranboyda Şəhid Hakim Cəfərovun doğum günü onun adını daşıyan Quşçular məktəbində qeyd edildi.
1-ci Qarabağ müharibəsi Şəhidi Hakim Əhməd oğlu Cəfərovun doğum günü onun adını daşıyan Goranboy rayonu Quşçular kənd tam orta məktəbində qeyd edildi.Tədbirdə rayon Goranboy İcra Hakimiyyətinin müavini Mirvari Ağamalıyeva, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, Quşçular kənd tam orta məktəbinin müəllim və şagird kollektivi, kənd ictimaiyyətinin fəalları, Şəhid ailələri, Qazilər və Şəhidin ailə üzvləri iştirak etdilər.İlk olaraq, Şəhidimizin Dəliməmmədli şəhər Şəhidlər Xiyabanında məzarı ziyarət olundu, ruhuna dualar oxundu. Sonra Quşçular kənd tam orta məktəbində şagirdlərin ifasında Şəhidin xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Müəllimləri və döyüş yoldaşları, Şəhidimizlə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü. Tədbir kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən izlənildi.