Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə ötən həftə ərzində aidiyyəti üzrə verilmiş tapşırıqların icra vəziyyəti, vətəndaş müraciətlərinə baxılması,xüsusən də Şəhid ailələri və Qazi müraciətlərinin operativ yerində araşdırılması və həlli, kənd təsərrüfatı sahəsində görülmüş işlər; taxıl biçinin aparılması, pambıq və tütün bitkisinin becərilməsi, barama istehsalı, rayon ərzasində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri, yolkənarı ərazilərdə təmizlik işlərinin aparılması istiqamətlərində ərtaflı müzakirələr aparıldı.İcra Başçısı qeyd olunan sahələr üzrə daha məsuliyyətli və səmərəli işlərin görülməsi məqsədi ilə, ciddi tapşırıq və tövsiyyələrini bildirdi.