Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda evi qəzalı vəziyyətdə olan Vətən müharibəsi Qazisi üçün yeni fərdi yaşayış evi inşa edilir.

16 iyun 2021 | 03:38

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə   Nərimanlı kəndində, Vətən müharibəsi Qazisi  Ələkbərov Amid Bayram oğlunu ziyarət etdi, onun qəzalı vəziyyətdə olan fərdi yaşayış evinə baxış keçirdi və yeni yaşayış evinin tikintisi ilə bağlı aparılan işlərlə yerində tanış oldu.
Vətən müharibəsi iştirakçısına, yeni fərdi yaşayış evinin tikintisi ilə bağlı, YAŞAT Fondu, Milli Məclisin deputatı Ağalar Vəliyev və rayon İcra Hakimiyyəti tərəfindən maddi köməkliklər göstərilmiş, görülən işlər nəzarətə götürülmüşdür.
İcra Başçısı Nərmimanlı kəndində olarkən, digər Vətən müharibəsi iştirakçısı Həsənov Fuad Mahir oğlunun ailəsini də ziyarət etdi,  Qazi ailəsinin sosial qayğıları ilə maraqlandı.

 

Keçidlər