Şriftin ölçüsü :

Saytın rəngi :

Təhsil naziri “Son Zəng Günü” ilə bağlı Goranboyda oldu.

14 iyun 2021 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı   Məhərrəm Quliyev və Təhsil naziri Emin Əmrullayev  öncə, Ümummilli Lider Heydər Əliyevin Goranboy şəhər mərkəzində ucaldılmış abidəsini ziyarət edərək Dahi Şəxsiyyətə ehtiramlarını bildirdilər. Sonra   Tap Qaraqoyunlu kəndindəki Şəhidlər Xatirə Kompleksini  və Azərbaycanın Milli Qəhrəmanı Niyazi Aslanovun adını daşıyan Tap Qaraqoyonlu kənd orta məktəbinə gələrək burada Milli Qəhrəmanın büstünü ziyarət etdilər.
44 günlük Vətən Müharibəsində ən çox zərər çəkən kəndlərdən olan rayonun Tap Qaraqoyunlu kəndində, 540 yerlik tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  və Təhsil naziri Emin Əmrullayev  məzunları təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

 

 

Keçidlər