Goranboyda Vətən müharibəsi Şəhidi Ələkbərli Kənan Müşfiq oğlunun xatirəsi doğum günündə anıldı.
11 iyun 2021 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva rayon Ağsaqqalar şurasınınn sədri Rəddin Məmmədov, digər ağsaqqalar və ictimai fəallar ilə birlikdə Qızılhacılı qəsəbəsindən Vətən müharibəsi Şəhidi Ələkbərli Kənan Müşfiq oğlunun Balakürd kəndində məzarını ziyarət etdilər, ruhuna dualar oxundu, xatirəsi anıldı. Daha sonra Şəhidimiz və onun Şəhid əmisi Ələkbərov Cabbarın xatirəsinə inşa edilmiş Xatirə-bulaq Kompleksinin açılşı oldu.