Goranboyda sel fəsadlara səbəb oldu
09 iyun 2021-ci il tarixində saat 22:05 radələrindən hazıradək güclü yağış yağması ilə əlaqədar,Gorançay, Qaraçay və Kürəkçay çaylarında suyun səviyyəsi artmış, yaranan sel nəticəsində rayonunun 8 yaşayış məntəqəsində fərdi təsərrüfatlara, yol infrakstrukturuna, biçilməmiş taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə qismən ziyan dəymişdir.
Goranboy rayon İcra Hakimiyyəti yanında Fövqəladə Hallar Komissiyası, gecə saatlarından başlayaraq, fəsadların aradan qaldırılması istiqamətində operativ işlərə start vermiş, hazırda bu sahədə tədbirlər davam etdirilir.
Mövcud vəziyyətlə bağlı Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev aidiyyəti idarə, təşkilat rəhbərləri ilə birgə, selin ən çox fəsad verdiyi Goran, Qızılhacılı qəsəbələrində, Balakürd və Təklə kəndlərində olmuş, fəsadın aradan qaldırılması ilə bağlı təcili tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələrini verdi.